
Oğuz rayon Heydər Əliyev Mərkəzi


Oğuz rayon Heydər Əliyev Mərkəzi 2007-ci il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oğuz rayonuna səfəri zamanı istifadəyə verilmişdir.
Oğuz rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyərilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müəssisəsidir.
Mərkəzin fondu fotoşəkillər, kitablar, videodisklər və s. ibarətdir. və daim yenilənir.
STRUKTUR
Oğuz rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərir və onun tabeliyindədir.
PDF fayllar
Bu bölmədə müxtəlif mövzular haqqında pdf fayllarla tanış ola bilərsiniz
FOND
Oğuz rayon Heydər Əliyev Mərkəzinin fondu 660 eksponatdan ibarətdir. Buraya Ulu öndər Heydər Əliyev haqqında kitablar, fotoşəkillər, videodisklər daxildir.
BUKLETLƏR
SƏNƏDLƏR
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Mədəniyyət haqqında", "Muzeylər haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, nazirliyin əmr və kollegiya qərarlarını rəhbər tutur.
TƏDQİQAT QRUPU
2009-cu il fevralın 5-də Oğuz rayon Heydər Əliyev Muzeyinin nəzdində Ulu öndər Heydər Əliyevin zəngin irsinin araşdırılması və gənc nəslə çatdırılması məqsədilə tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupunun işinin nəticəsində Ulu öndər Heydər Əliyevlə bir dövrdə fəaliyyət göstərmiş, rayonun ictimai həyatında fəal iştirak etmiş Oğuzlu həmvətənlərimiz Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü Baba Səmədov, Sozialist Əməyi Qəhrəmanı Ziyafər Əsgərova, "Xalqlar Dostluğu" ordenli Bəxtiyar İslamov, Tibb xidməti polkovniki Cəmaləddin Məmmədov, Azərbaycan KPMK-nın üzvü Aslan Nəsibov haqqında materiallar, fotoşəkillər toplanılmış və muzeyin fonduna daxil edilmişdir.