top of page

28 may Respublika günü münasibətilə tematik dərs

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 17 мая 2016 г.
  • 2 мин. чтения

26 may tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Oğuz şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova ilə birgə VIIIt sinfində 28 may Respublika gününə həsr edilmiş tematik dərs keçirildi. Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Daha sonra 28 may 1918-ci il Azərbaycan Xalq Cumhuriyyətinin yaranması haqqında Mərkəzin bələdçisi Ş.Əlibəyli məruzə etdi. Məruzəçi qeyd etdi ki, 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cumhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demoktarik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cumhuriyyətə rəhbərlik etmiş şəxslərin-Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlizğz Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Xalq Cumhuriyyətinin tarixi həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində ulu öndər Heydər Əliyevin siyasi xadim, böyük tarixçi kimi yüksək xidməti vardır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə “Azərbaycan SSR” adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci il mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika günü elan edildi. Heydər Əliyevin tariximizə göstərdiyi qayğı ənənə olaraq prezident İlham Əliyev tərəfindən davam etdirilir. 25 may 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan Xalq Cumhuriyyətinin xatirəsinə ucaldılan abidənin açılışı oldu. Daha sonra tədbiri tarix müəllimi Mətanət Kərimova davam etdirdi. Şagirdlərə Azərbaycan Xalq Cumhuriyyətinin tarixi, fəaliyyət göstərdiyi müddətdə gördüyü işlər haqqında videomateriallar və əyani vəsaitlər vasitəsilə maraqlı məlumatlar verildi. Şagirdlərin vətən, vətəndaş, vətənpərvərlik mövzularında fikirləri dinlənildi, mövzu ətrafında aforizmlər, şerlər səsləndi, kiçik səhnəcik göstərildi.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page