top of page

Azərbaycanda uşaq hüquqları qorunur.

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 20 нояб. 2017 г.
  • 1 мин. чтения

Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi məqsədilə “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ooğuz şəhər 3 saylı məktəb-liseyin IX t sinfində tematik dərs keçirmişlər. Dərsi Mərkəzin direktoru M.Abbasova insan hüquqları ilə bağlı məlumat verməklə başlamışdır. Daha sonra şagirdlərə insan hüquqları haqqında videomaterial təqdim edilmişdir. Mərkəzin əməkdaşı S.Musazadə Uşaq hüquqları haqqında, dünyada uşaq hüquqlarının qorunması üzrə beynəlxalq konvensiyalar, Azərbaycanda “Uşaq hüquqları haqqında Qanun” , uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət proqramları haqqında geniş məruzə etmişdir. Tematik dərsi IX sinfin tarix müəllimi M.Kərimova davam etdirmişdir. Şagirdlər mövzu ilə əlaqədar fikirlərini bildirmiş, şerlər və aforizmlər səsləndirmişlər.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page