top of page

“Heydər Əliyev irsini öyrənirik”

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 4 мая 2018 г.
  • 1 мин. чтения

Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyi münasibətilə

devizi altında Oğuz şəhər 3 saylı məktəbin VIII və IX sinif şagirdləri ilə birgə görüş keçirdi. Tədbir iştirakçıları Əvvəlcə Ulu öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət etdilər. Daha sonra tədbir Oğuz rayon Heydər Əliyev Mərkəzində davam etdirildi. Şagirdlər ekspozisiya ilə tanış oldular. Mərkəzin bələdçisi S.Musazadə şagirdlərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi. Daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, inkişafı, dünya dövlətləri arasında təşəkkül tapması, əsrin müqaviləsi, sosial sahənin inkişafı, iqtisadiyyat, mədəniyyət, təhsil siyasəti, ordu quruculuğu və s. bəhs edən “Dahi şəxsiyyət” adlı videoçarx göstərildi. Mərkəzin direktoru M.Abbasova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız üçün zəngin irs qoyub getdiyini, Heydər Əliyev irsinin Azərbaycan xalqının zəngin mənəvi sərvətlər xəzinəsində xüsusi yer tutduğunu və bu irsin Azərbaycanın prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Azərbaycanın uğurlu gələcəyi üçün gənclərimizin də Heydər Əliyev irsini dərindən mənimsəmələrini tövsiyyə etdi.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page