top of page

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 6 мар. 2018 г.
  • 1 мин. чтения

6.03.2018-ci il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Oğuz şəhər 3 saylı məktəb liseyin 6 və 8-ci sinif şagirdləri üçün “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi”nə həsr edilmiş tematik dərs keçirildi. Dərsi Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. 31 mart soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Mərkəzin elmi işçisi T.Babayeva 31 mart azərbaycanlılarının soyqırımı tarixi haqqında geniş məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, XX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında qan çanağına çevirdilər, Ermənilərin “Böyük Ermənistan” yaratma qkimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. Bu il o qanlı tarixdən 100 il ötür. Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl siyasi qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların soyqırım günü elan edildi. Daha sonra şagirdlərə 31 mart hadisələrinin tarixindən, hadisələrin gedişindən bəhs edən videoçarxlar göstərildi. Sonda şagirdlərə 31 mart soyqırımından bəhs edən bukletlər paylandı.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page