“Xocalı soyqırımını unutma”
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 26 февр. 2018 г.
- 2 мин. чтения
26 fevral 2018-ci il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı soyqırımını unutma” adlı tədbir keçirilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, Rayon Gənclər İdarəsinin, YAP Gənclər Təşkilatının, Rayon Tarix-diyarşünaslıq muzeyinin, MKS-nin, Heydər Əliyev Mərkəzinin , Oğuz şəhər 3 saylı məktəb-iseyin nümayəndələri həmçinin Oğuz rayonunda məskunlaşan Xocalı sakini Xocaı məktəbinin direktoru Aydın Əliyev iştirak edirdi. Tədbiri Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Xocalaı soyqırımında həyatını itirmiş



soydaşlarımızın və bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı soyqırımının tarixindən bəhs edən videoçarxa tamaşa edildi. Mövzu ətrafında çıxış edən Mərkəzin elmi işçisi T.Babayeva qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixin ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşında əbədi həkk olub. Məruzəçi qeyd etdi ki, Xocalı soyqırımı yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra öz hüquqi-siyasi qiymətini aldı. 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul etdi. Daha sonra 3 saylı məktəbin şagirdləri “Xocalı –XX əsrin faciəsidir” adlı bədii kompozisiyanı təqdim etdilər. Tədbirdə çıxış edən Xocalı sakini, həm də Oğuzda yerləşən Xocalı məktəbinin direktoru Aydın Əliyev həmin məşəqqətli Xocalı qırğınının canlı şahidi olaraq öz fikirlərini bölüşdü və gəncləri bu soyqırım aktının unutmamağa çağırdı.Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin nümayəndəs i İlhamə Abdullayeva, Yap Gənclər Təşkilatının Oğuz rayon komitəsinin sədri Mehman Ramazanov öz çıxışlarında bildirdilər ki, Xocalı soyqırımı heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaq və ölkəmiz bu soyqırımın dünyada tanıdılması və ona lazımi hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atır və atacaqdır. Tədbirin sonunda Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmışbukletlər paylandı.
Kommentarer