top of page

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar elmi-praktik seminar.

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 11 дек. 2017 г.
  • 1 мин. чтения

11 dekabr 2017-ci il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev irsi: Elmi-praktik seminarlar layihəsi çərçivəsində “Heydər Əliyev və Müstəqil Azərbaycan “ mövzusunda elmi-praktik seminar keçirilmişdir. Seminarda Oğuz rayon İcra Hakimiyyətinin, YAP Oğuz rayon Gənclər Təşkilatının, Gənclər və İdman İdarəsinin, Oğuz Tarix-diyarşünaslıq Muzeyinin, Oğuz rayon Heydər Əliyev Mərkəzinin, Şəhər 2 saylı orta məktəbinnümayəndələri iştirak etmişlər. Seminarı Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova aparmışdır. Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxışda Ulu Öndər Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikası tarixində oynadığı tarixi rolundan bəhs edilmiş, Heydər Əliyevin “azərbaycançılıq” ideologiyası, Azərbaycan dili, Azərbaycan gəncliyi, Azərbaycan mədəniyyəti sahəsində həyata keçirdiyi islahatlardan söhbət açılmışdır. Seminarda “Heydər Əliyev fenomeni-müdriklik və qətiyyət örnəyi”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” , “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Mədəniyyət”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarxlar təqdim edilmişdir. Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi T.Daşdəmirov və YAP Oğuz rayon Gənclər Təşkilatının sədri M.Ramazanov çıxışlarında bildirmişlər ki, Heydər Əliyev Azərbaycanda milli ruhun dirçəlməsinə nail olmuş, xalqın milli dəyərlərini, insanların mənəvi sağlamlığını, özünə inamını qoruyub saxlamış, ölkənin siyasi, iqtisadi və ictimai həyatını müəyyənləşdirən bir çox problemlərin həlli yollarını tapmışdır. Heydər Əliyevin dərindən düşünülmüş, Azərbaycanın inkişafına, və müasirləşməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir və bütün bunlar Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır.


 
 
 

Komentáře


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page