top of page

Elmi-praktik seminar

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 12 мая 2016 г.
  • 2 мин. чтения

12 may 2016-cı il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzində Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illiyi münasibətilə elmi-praktik seminar keçirildi. Seminarda Oğuz rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon YAP Gənclər Təşkilatının, Oğuz rayon Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq muzeyinin, Uşaq kitabxanasının, Yaradıcılıq Mərkəzinin əməkdaşları, Oğuz şəhər 2 saylı və 3 saylı orta məktəbin şagirdləri iştirak edirdi. Seminarı Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açdı . O qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil edilən Heydər Əliyev irsi: elmi-praktik seminarlar silsilə xarakterli olacaq və hər ay təşkil ediləcək. Ilk seminar “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası vətənpərvərlik missiyasının əsası kimi” mövzusunda təşkil edilmişdir. Seminar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarxla başladı. Daha sonra mövzu haqqında məruzə edən Oğuz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, tarixçi Rəşid Nurməmmədov milli dövlət ideologiyası olan “azərbaycançılıq” məfkurəsinin mahiyyətinə nəzər saldı. O qeyd etdi ki, “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir, Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıyan bir məfkurədir. “Azərbaycançılıq” ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir. Məruzəçi qeyd etdi ki, Prezident Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən azərbaycançılıq məfkurəsinin ən üstün hissəsini vurğulamışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Məruzə ətrafında “Heydər Əliyev: Vətənpərvərlik missiyası” mövzusunda çıxış edən Oğuz rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəbnəm Əlibəyli azərbaycançılıq məfkurəsinin əsasında vətənpərvərlik ruhunun mühüm yer tutduğunu diqqətə çatdırdı. Dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların milli ruhda tərbiyəsindən asılıdır. Milli ruh hər şeydən öncə vətənpərvərlik ruhudur. Heydər Əliyevin “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, yurdunu, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır.” kimi fikirləri diqqətə çardırdı. Çıxışçı qeyd etdi ki, hazırda ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin məntiqi nəticəsidir. Daha sonra mövzu ətrafında müzakirələrə başlandı. Oğuz rayon Gənclər və İdman İdarəsinin müavini Şaiq Rüstəmov qeyd etdi ki, Oğuz rayonunda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində bir çox işlər görülür. Oğuz rayon YAP Gənclər Təşkilatının sədri Mehman Ramazanov YAP sıralarında fəal, intellektual potensialı olan, vətənpərvər və kretiv gənclərin üstünlük təşkil etdiyini diqqətə çatdırdı. O qeyd etdi ki, Azərbaycanın bu günki və gələcək nəsilləri hələ uzun illər bundan sonra da Azərbaycan xalqının ümummilli ideri Heydər Əliyevin şəxsi həyatı və siyasi faəliyyətindən bir tarixi və siyasi məktəb kimi bəhrələnəcək və bu məktəbdən əsl vətənpərvərlik, millətinə, xalqına layiqli oğul olmaq və təmənnasız xidmətlər göstərmək dərsi alacaqlar.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page