top of page

Xocalı soyqırımı-25

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 24 февр. 2017 г.
  • 2 мин. чтения

Bu gün Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz şəhər 3 saylı məktəb-liseydə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin əməkdaşları, Tarix-diyarşünaslıq muzeyinin, Oğuz rayon YAP Gənclər birliyinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Əvvəlcə Xocalı qurbanlarının xatirəsi dəqiqəlik sükutla yad edildi. Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Xocalı soyqırımı haqqında geniş məruzə etdi. O qeyd etdi ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Məruzəçi qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Geniş vüsət almış "Xocalıya ədalət" kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır. Daha sonra məktəbin 7-ci və 8-ci sinif şagirdləri Xocalı haqqında şerlərini təqdim etdilər. Tədbirdə çıxış edən Oğuz rayon YAP Gənclər birliyinin sədri Mehman Ramazanov və Oğuz Gənclər və İdman İdarəsinin əməkdaşı Şaiq Rüstəmov çıxışlarında bildirdilər ki, Xocalı həqiqətlərinin şagirdlərə, gənc nəslə çatdırılması tariximizin bu qanlı səhifələrinin hər zaman xatırlanmasına xidmət edir.


 
 
 

Commentaires


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page