Beynəlxalq Turizm günü
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 28 сент. 2017 г.
- 1 мин. чтения
Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 27 sentyabr Beynəlxalq Turizm günü münasibətilə Oğuz şəhər 3 saylı məktəb liseyin 8-ci sinifləri üçün tematik dərs keçirmişlər. Tədbiri Mərkəzin direktoru M.Abbasova açaraq Turizm gününün keçirilməsinin əhəmiyyətindən bəhs etmişdir. Daha sonra Mərkəzin bələdçisi S.Musayeva turizmin mahiyyəti, növləri, Beynəlxalq Turizm gününün tarixi, Azərbaycanda turizm ehtiyatları, maddi-mədəni abidələr, ölkəmizdə turizmin inkişafı sahəsində aparılan islahatlar, dövlət proqramları, Azərbaycanda keçirilən ölkə və dünya əhəmiyyətli tədbirlərin turizm sənayesinin inkişafına təsiri və Oğuz rayonunun turizm potensialı haqqında geniş məruzə ilə çıxış etmişdir. Şagirdlərə Azərbaycanın turizm ehtiyatlarından bəhs edən videoçarx təqdim edilmişdir.


Comentários