18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi günüdür.
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 18 окт. 2017 г.
- 3 мин. чтения
Oğuz rayon Heydər Əliyev Mərkəzi 18 oktyabr-Dövlət Müstəqilliyi günü münasibətilə Oğuz şəhər 3 saylı məktəb liseydə geniş tədbir keçirmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşları, Heydər Əliyev Mərkəzinin işçiləri, Məktəb rəhbərliyi, müəllimlər və şağirdlər iştirak etdilər. Tədbiri Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Məruzəçi qeyd etdi ki, 18 oktyabr Azərbaycanın tarixində əlamətdar günlərdən biridir. Belə ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdi. Bu tarixi gündə Respublika Parlamenti-Ali Sovet, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etdi. Azərbaycan Respublikasınını Dövlət Müstəqilliyini elan etməsi Sovet İttifaqının çökməsi və soyuq müharibənin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikalar, o cümlədən Azərbaycan üçün müstəqil dövlətçiliyin yolunu açdı. Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı. Hələ 1918-ci ildə təsis edilmiş dövlət atributları, üçrəngli bayrağımız, himn və gerbimiz bərpa edildi. Lakin Azərbaycan üçün müstəqilliyə qovuşmaq elə də asan olmadı. 1918-1920-ci illərdə mövcud olan xalq cumhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi. 70 illik Sovet rejimi də Azərbaycan xalqının müstə qillik arzularını tamamilə tükəndirə bilmədi. Xalqımız üçün illər, istiqlal ideyasını özündə yaşatdı. Məhz bu səbəbdəndir ki, XX əsin 80-cı illərinin sonlarında başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri, digər müttəfiq respublikalarla müqayisədə daha impulsiv şəkildə özünü göstərdi. Azərbaycanın Dövlət müstəqilliyi uğrunda mübarizəsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlandı və həlledici proseslər 1990-1991-ci illərdə davam etdi. Müstəqilliyimizin ilk illərində xalqımız sözün həqiqi mənasında ağır, məşəqqətli günlər yaşadı. Onsuz da 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı yönəltdiyi torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizin vəziyyətini son dərəcə ağırlaşdırdı. Ermənistandakı dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuş soydaşlarımız qaçqın və məcburi köçkün kimi Azərbaycana pənah gətirdi. Torpaqlarımızda müharibə şiddətləndi. Dağlıq Qarabağa daxil olan rayon və kəndlər, həmçinin ətrafdakı bölgələr erməni quldurları tərəfindən işğal olunurdu. Və belə bir zamanda müdrik xalqımız təkidlə, israrla öz böyük oğlunu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Bakıya gəlməsini tələb etdi. 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik də gətirdi. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi, Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu öndər ölkədə xaos və anarxiyanın, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm iqtisadi və siyasi dayaqlar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli lider Heydər Əliyev “müstəqilliyi qorumaq, onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün çətinliklərə sinə gərdi və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatlardan gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi talehində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın suverenliyini əbədiləşdirdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft kontraktı –Əsrin müqaviləsi imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda qüdrətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə denyanın enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın buğünki uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyinin və dönməzliyinin qorunub saxlanması Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan danılmaz tarixi faktdır. Məhz dövlət müstəqilliyimiz və Heydər Əliyev faktoru yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Dövlət müstəqilliyinin bərpasının 26-cı ilini yaşayan Azərbaycan bu dövrdə əldə etdiyi bütün uğurlar, beynəlxalq nüfuzunun artması, Respublika iqtisadiyyatının dayanıqlı inkişfının təmin olunması, xalqın rifahının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər Ulu öndər Heydər Əliyevin layıqli davamçısı, ölkə prezidenti, Silahlı qüvvələrin ali baş komandanı İlham Əliyevin qətiyyəti və əzmkarlığı nəticəsində davam etdirilir. Təməli güclü siyasət üzərində qurulan Müstəqil Azərbaycan öz iqtisadi və hərbi gücü ilə nüfuzunu artırmaqla yanaşı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gələcəkdə də dövlətlər arası imicini qorumaqda davam edəcək. Qazanılan uğurların davamlı inkişafını təmin etmək üçün xalq öz prezidentinə, prezident isə öz xalqına güvənir. Çünki geniş anlamda dövlət də, qazanılan hər bir nailiyyət də xalqın məhz azad və müstəqil mövcudluğuna xidmət edən ali məqsəddir. Tədbirdə Oğuz şəhər 3 saylı məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər. Tədbirin sonunda Oğuz şəhər İcra Hakimiyyətinin məsul işçisi T.Daşdəmirov çıxış edərək Azərbaycan tarixində 18 oktyabr kimi əlamətdar günlərin qeyd olunmasının gənc nəslin vətənpərvərlik və azərbaycançılıq tərbiyəsində mühüm rol oynadığını vurğuladı.



留言