Uşaqları qoruyaq!
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 1 нояб. 2017 г.
- 1 мин. чтения
1 noyabr 2017-ci il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Uşaq hüquqları aylığı” çərçivəsində Oğuz şəhər 3 saylı məktəb liseyin 2 a sinif şagirdləri üçün tematik dərs keçirmişlər. Dərsi Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova aparmışdır. Dərsdə şagirdlərə uşaq hüquqları barədə məlumat verilmiş, dünyada və ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində aparılan işlərdən danışılmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara göstərdiyi qayğıdan bəhs edilmiş, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində aparılan dövlət siyasəti, Heydər Əliyev fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açılmışdır. Şagirdlərə uşaq hüquqları və hüquqların qorunması ilə bağlı videoçarxlar göstərilmiş, “Uşaq himni”, “Uşaqları qoruyaq” və s. musiqilər səsləndirilmişdir. 2 a sinfinin şagirdləri öz şer töhfələri ilə dərsi daha da rəngləşdirmişlər. Daha sonra şagirdlərə kiçik hədiyyələr təqdim edilmişdir.



Comments