top of page

Azərbaycan Xalq Cümhuriyyəti-100

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 26 апр. 2018 г.
  • 1 мин. чтения

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Oğuz şəhər 3 saylı məktəb-liseyin 6-cı sinfində tematik dərs keçirmişlər. Dərs Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova 2018-ci ilin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Prezident cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edildiyini diqqətə çatdırmış, Mərkəzin elmi işçisi T.Babayeva məruzəsində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, Cumhuriyyətin qurucuları, Azərbaycanda demokratik dəyərlərin bərqərar olunmasına xidmət edən parlamentli respublikanın qurulması, ordu quruculuğu, təhsil, qadınlara seçki hüququnun verilməsi, milli atributların yaradılması və s. istiqamətdə AXC-nin gördüyü işlər haqqında məlumat vermişdir. Şagirdlərə mövzu ilə əlaqəli bukletlər paylanmış, videoçarxlar göstərilmişdir. Məktəbin tarix müəllimi M.Kərimova Azərbaycan Xalq Cumhuriyyəti dövrü haqqında maraqlı fikirlər söyləmişdir.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page